BMT baş katibi: “Dünyada 130 milyon insanın humanitar dəstəyə ehtiyacı var”
V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində BMT baş katibi Pan Gi Munun tədbir iştirakçılarına müraciəti oxunub.
1news.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin Forumun işində birbaşa iştirakını yüksək qiymətləndirən baş katib müraciətində dünyada qaçqın problemini xüsusi qeyd edərək bildirib ki, aparılan müzakirələr davamlı inkişafa böyük töhfə verməlidir.
“Biz davamlı inkişafa, fövqəladə hallara böyük diqqət yetirməliyik. Dünyada 130 milyon insanın humanitar dəstəyə ehtiyacı var. Biz müsbət dəyişikliklər naminə birgə çalışa bilərik”, - deyə müraciətdə qeyd olunur.
1news.az
514