Mübariz Əhmədoğlu: “Patron əvəzinə bülleten” - Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün referendum deməkdir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Patron əvəzinə bülleten” - Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün referendum deməkdir

11:59 - 03 / 10 / 2016
Mübariz Əhmədoğlu: “Patron əvəzinə bülleten” - Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün referendum deməkdir

Ermənistanın xarici işlər naziri E.Nalbandyan BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxışında Dağlıq Qarabağ tənzimlənməsində 7 rayonun işğalı məsələsini sanki “unutdu”. E.Nalbandyan Dağlıq Qarabağ tənzimlənməsində “patron əvəzinə bülleten” metodunu təklif etdi. Münaqişənin Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə prinsipi əsasında tənzimlənməli olduğunu bildirdi.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq  Mübariz Əhmədoğlu Dağlıq Qarabağın statusunu müəyyənləşdirməsilə bağlı xəbəri şərh edərkən deyib:

“Ermənistan tərəfindən dəfələrlə təkrarlanan bu məsələyə Azərbaycan tərəfinin də sualı var. Beynəlxalq ictimaiyyət ədalətli mövqedə olmadığına görə bu sualı yalnız Azərbaycan Ermənistanın qarşısında qoyur. Sual da ondan ibarətdir ki, dünyada “Dağlıq Qarabağ xalqı” və yaxud “Qarabağ ermənisi” adlı xalq mövcuddurmu?

Beynəlxalq ictimaiyyətdə kimsə təkcə elə “Dağlıq Qarabağ erməniləri”, “Dağlıq Qarabağ xalqı” termini barədə Ermənistan rəsmilərindən izah soruşsa, Ermənistan rəsmiləri üçün ən çətin dövrlər başlaya bilər. Çünki “Dağlıq Qarabağ xalqı” anlayışı özü sübut edir ki, Dağlıq Qarabağdakı ermənilər gəlmədilər. Amma məsələnin mahiyyəti təkcə bunda deyil. E.Nalbandyan Dağlıq Qarabağ tənzimlənməsi barədə danışanda Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 Azərbaycan rayonu barədə bircə kəlmə də söz demədi”.

Politoloq diqqət çəkən məsələləri qeyd edib:

“Ola bilər, Ermənistan rəhbərliyi təhtəlşüurda 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı razılaşıb. E.Nalbandyan beynəlxalq ictimaiyyəti ələ salır və beynəlxalq tribunadan yalan deməkdən çəkinmir. “Patron əvəzinə bülleten” - şüarı piarçılıq baxımından maraqlıdır. ATƏT-in Minsk Qrupu həmsədr ölkə prezidentlərinin imzaladığı 5 sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı iki maddə var: a) Aralıq statusu - bu zaman ətraf 7 rayon Azərbaycana qaytarılır və Dağlıq Qarabağ ermənilərinə aralıq statusu verilir ki, Dağlıq Qarabağ azərbaycanlılarının ora qayıtması üçün şərait yaradılsın və bu status aralıq status ATƏT-də qeydiyyata alınır. b) hüquqi qüvvəyə malik yekun statusun müəyyən olunması. Bu isə artıq Dağlıq Qarabağ azərbaycanlıları Dağlıq Qarabağa qayıtdıqdan sonra Dağlıq Qarabağın hər iki icması birgə yaşayış əldə edə bildikdən sonra keçiriləcəkdir. Bu 5 il də ola bilər, 10-15-20 il də. Hər şey ermənilərin davranışından asılıdır. Yəni, əslində elə bu variantda bülleten göstərilir.

M.Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi  bülletenlə həll olunmalıdır:

“Bülletenin rolu və iştirakı barədə yalnız Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları normal birgə yaşayış forması əldə etdikdən sonra qərar veriləcək. Təbii ki, Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının birgə yaşayışından söhbət gedirsə demək qətiyyən güllədən söhbət getmir, bülletendən gedir.

Patronun hal-hazırda ən çox istifadə olunduğu ərazi Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayondur. Ola bilər, E.Nalbandyan 7 rayonun əhalisi ilə birlikdə “patron əvəzinə bülleten” prinsipini təklif edir - Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların əhalisi həmin ərazilərə qayıdır və Dağlıq Qarabağın statusuna dair Dağlıq Qarabağ erməniləri ilə birlikdə referendum keçirilir. Bu halda Dağlıq Qarabağın statusu qısa müddət ərzində həll oluna bilər. Hər halda E.Nalbandyanın dediyindən bu ideya da ortalığa çıxır”.

Politoloq qeyd edib ki, E.Nalbandyanın söz oyunundan əl çəkməsi, Dağlıq Qarabağ münaqişəsinin real tənzimlənməsinə başlaması çox məqsədəuyğundur:

“Ermənistan elə başa düşür ki, onun yalanları beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. Ermənistan rəsmilərinin yalanları Ermənistana ziyanlı təsir etmir. Belə deyil. Ermənistanın beynəlxalq ictimaiyyətdə nüfuzunu itirir. Getdikcə daha kiçik dövlətlərin əlində əlində alətə çevrilir.

Ermənistan artıq regionun küncündədir. Heç bir regional layihələri reallaşdıra bilmir. Heç kəs Ermənistana ciddi investisiya qoymaq imkanında deyil. Ermənistanın apardığı siyasət Ermənistanı hər tərəfdən blokadaya salıb. Blokada vəziyyətində iqtisadiyyat qurmaq mümkün deyil. Ermənistan rəhbərliyi başa düşməlidir ki, əgər hansısa bir dövlət Ermənistana pul qazanmaq üçün pul vermirsə, demək ona silah almaq üçün də pul verməyəcək. Hər halda ümid edək ki, Ermənistan rəhbərliyi yaxın vaxtlarda özlərinin düşdüyü reallığı dərk edəcək”.

1news.az

Paylaş:
818

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər