Mübariz Əhmədoğlu: Rusiya ilə ABŞ arasında Suriya məsələsində gərginlik İran və Türkiyəni müttəfiqə çevirir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiya ilə ABŞ arasında Suriya məsələsində gərginlik İran və Türkiyəni müttəfiqə çevirir

13:23 - 04 / 10 / 2016
Mübariz Əhmədoğlu: Rusiya ilə ABŞ arasında Suriya məsələsində gərginlik İran və Türkiyəni müttəfiqə çevirir

Rusiya ilə ABŞ arasında Suriya mövzusu üzərində imzalanmış müqavilə 5 sənəddən ibarətdir. Əsas vurğu ABŞ-ın “ən-Nüsrə”ni  mülayim müxalifətdən ayırmasıdır. Amma ABŞ bunu etmədi, sonradan bildirdi ki, bunu etmək mümkün deyil. Rusiya bu sənədin açıqlanmasını ABŞ-dan tələb etdi. ABŞ açıqlamadıqda Rusiya özü sənədin mahiyyətini, məzmununu mətbuata “sızdırdı”.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq  Mübariz Əhmədoğlu Rusiya ilə ABŞ arasında Suriya məsələsi ilə bağlı xəbəri şərh edərkən bildirib:

“B.Obama Suriya ərazisindəki vəziyyəti dözülməz adlandırdı və tərəfdaşları olan ölkələri birliyə dəvət etdi. Suriya məsələsi ABŞ-la Rusiya arasında yenidən gərginlik mənbəyinə çevrildi. Hər iki tərəf sanki əvvəlcədən Suriya məsələsində gərginliyə hazırlaşırmış. ABŞ dövlət katibi RF XİN rəhbəri S.Lavrovla Suriya danışıqları barədə qeyri-müəyyən mövqe nümayiş etdirdi. Əvvəlcə təkidli şəkildə S.Lavrovla görüşəcəyini bildirən C.Kerri sonradan görüşdən imtina etdi. Humanitar karvana Suriya hökumətinin maneçilik etməsi barədə əvvəlcədən, ciddi əsası olmayan məlumatlar yaydı. ABŞ prezidenti B.Obama Rusiya ilə razılığın əldə etməyin mümkün olmadığını bildirdiyi halda yenidən V.Putinlə bu məsələni müzakirə etdi. Razılaşma əldə olunduqdan sonra ABŞ hərbçiləri dərhal Suriya ordusunun mövqelərini bombaladı və İŞİD-çilər dərhal hücum edib həmin əraziləri götürdülər. ABŞ “ev hazırlıqlarından” biri də müxalifətin yenidən B.Əsədin istefasını tələb etməsi oldu”.

Rusiyanın “ev hazırlığı”

Rusiya özünü imkanlarından zəif göstərdi. Bəlkə də bununla da o ABŞ-ı şirnikləşdirdi. RF ABŞ-ı çaşdıra bildi. Hücum zamanı ABŞ hərbçiləri hücum edəcəkləri ərazilərin koordinatlarını Rusiyaya veribmiş. Rusiya bu koordinatların İŞİD-ə məxsus olmadığını ABŞ hərbçilərinə bildirməyib. Beləliklə, ABŞ çox asanlıqla Rusiyanın tələsinə düşdü. C.Kerri Rusiya diplomatları tərəfindən aldadıldığını etiraf etdi. Rusiya daimi olaraq ABŞ-dan imzalanmış sazişin mətnini açıqlamağı tələb edirdi.

Beləliklə, əvvəlcədən hər iki tərəfin Suriya barədə özlərinin təkbaşına maraqlarını yürüdəcəklərinin əlamətləri aydın şəkildə üzdədir. Məhz buna görə, Suriya mövzusunda S.Lavrovla C.Kerri arasında çoxsaylı görüşlər nəticəsiz qaldı. Hətta son görüş 15 saat davam edib. Bu görüşlərdə BMT Baş Katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi S.de Mistura da qoşulmuşdur. Yaranmış vəziyyətdən Rusiyanı qalib çıxmış hesab etmək olar. RF ABŞ-ı tələyə sala bildi. ABŞ Rusiya vasitəsilə Bəşər Əsəddən üzr istəmək məcburiyyətində qaldı. İndi B.Əsəd ABŞ-ın birbaşa üzr istəməsini tələb edir.

RF BMT TŞ-də Suriya ilə bağlı təşəbbüsü ələ almağa cəhd etdi. Hələb şəhərinə humanitar yük daşıyan karvanın ABŞ tərəfdən hücuma məruz qaldığını bildirir. ABŞ isə eyni ilə bu məsələdə Rusiya və Suriyanı günahlandırır. RF əvvəlcə Dəməşqi təmizə çıxardı. Guya Dəməşqin qırıcı təyyarələri gecə hərbi əməliyyatlar keçirmək imkanında deyil. Sonra isə özünün həmin gecə o ərazidə hərbi əməliyyatlar keçirmədiyini bildirdi. Beləliklə, ABŞ üçün kifayət qədər çətin vəziyyət yaranıb. ABŞ RF-ə inanmağın qeyri-mümkün olduğunu bildirir. ABŞ və Rusiya rəsmiləri arasında ritorika söyüşə yaxınlaşıb.

Yaranmış vəziyyət Türkiyə üçün əlverişlidir. Türkiyə kürdlərin Fərat çayının Şərqinə sıxışdırmasında ciddi uğur əldə etdi. Eləcə də Suriya ərazisinə tank və artilleriya qurğularını yerləşdirdi.

İsrail Suriya ərazisində hərbi əməliyyatlarını genişləndirib. Colan təpəsində Suriyanın tanklarına avia hücumlar etdi. Bu avia hücumlar zamanı İsrailin bir təyyarəsinin vurulduğu barədə məlumatlar yayıldı. ABŞ buna münasibət bildirmədi. İsrail isə xəbəri təkzib etdi. Ardınca ABŞ İsraillə 38 milyard dollarlıq hərbi yardım edəcəyini bildirdi.

Suriya məsələsində Rusiya üçün böyük təhlükə İranın atdığı addımlardır. İran Həmədan aviabazasından Rusiya təyyarələrini qovduqdan sonra Türkiyə ilə əlaqələrini Suriya mövzusunda daha da məzmunlu edib. İran Türkiyə ilə birlikdə Yaxın Şərq regionunda xüsusilə Suriyada terrorizmə qarşı mübarizənin lideri olmaq niyyətindədir. Məqsəd aydındır. Rusiyanı sıxışdırıb çıxarmaq. Ona görə, İran İsrailin Suriyadakı hücumlarına dözür. Bu ABŞ-ın diktəsi ilə ola bilər. Amma bu faktdır ki, indi Rusiya İran üçün İsrailə nisbətən daha təhlükəli görünür. Ona görə İran XİN-nin rəsmisi Moskvada keçirdiyi mətbuat konfransında hər şeydən danışsa da, Rusiya ilə birlikdə Suriyadakı terrorizmə qarşı mübarizə barədə heç bir fikir bildirmədi. Əslində bu onu göstərir ki, İran nə yollasa Rusiyanı çaşdırmaq, ümumi hədəfdən diqqəti ayırmaq kursu götürmüşdü.

Rusiyadan Ermənistana 2 “İsgəndər” gətirilib

OTRK “İsgəndər” Azərbaycan K.Karapetyan adlı İsgəndər isə Ermənistan üçündür. K.Karapetyanın baş nazir təyinatı ilə “İsgəndər”in Ermənistana satılması və ABŞ dövlət katibinin Dağlıq Qarabağ tənzimlənməsi üçün şəraitin yetişməməsi ilə bağlı bildirdiyi fikirlər arasında əlaqə var. “İsgəndər” raketinin alınmasında bu əlaqə kontekstindən iki diqqət çəkən məqam var:

“İsgəndər” erməni oliqarxlarının pulu hesabına alınıb, K.Karapetyan da oliqarxdır. Dördgünlük aprel müharibəsindən sonra S.Sərkisyanın təkidi və ictimaiyyətin tələbi ilə erməni oliqarxları Qarabağ ordusu üçün pul toplamağa başladılar. Erməni mütəxəssislərinin hesablamalarına görə Ermənistana gətirilən “İsgəndər” bəlli “İsgəndər” kompleksinin tam özü deyil, 1/3 hissəsidir. Tam “İsgəndər”in özü 12 şaxtadan ibarət olur . Ermənistana isə cəmi 4-ü gətirilib. Bunun qiyməti isə 70-100 milyon dollardır. Deməli erməni oliqarxlarının topladığı pul cəmi bu qədərdir. Eləcə də pulun böyük bir qismini ehtimal ki, indiki baş nazir K.Karapetyan qoyub. Həm də oliqarxlar baş nazir statusunda həmin bu K.Karapetyanı görmək istəyib. Çünki oliqarxlar pulu verərkən öz monopoliyalarının qalmasına prezidentdən təminat almışdılar. O.Abramyan isə baş nazir postunda olarkən korrupsiyaya və monopoliyaya qarşı mübarizə aparmaq məcburiyyətində idi. Ona görə pulu verən oliqarxlar həm də özlərindən birinin baş nazir təyin olunması sifarişini də verdilər. “İsgəndər”in alınması təkcə pul məsələsi deyil. Səudiyyə Ərəbistanı 200 milyon dollar dəyəri olan bu raketlərin hər birisinə 1 milyard dollar pul verməyə hazır idi. Rusiya satmadı. 70 və 100 milyon dollara “İsgəndər” almaq Rusiyanın hakim elitasının mətbəx cığırlarınadək tanımağı tələb edir. Görünür. K.Karapetyan “İsgəndər”in alınmasının siyasi və təşkilati məsələlərini öz üzərinə götürüb.

K.Karapetyanın baş nazir postunda ilk verdiyi vəd monopoliyalara toxunmamaq oldu. Bunun üçün o bütün “dişi” olan şəxsləri nazir postundan uzaqlaşdırdı. Səriştəsi olmayan gəncləri nazir təyin etdi. K.Karapetyanın baş nazir postuna təyin olunması proseduru başa çatmasa da artıq onun təyinatı, danışdığı sözlər, proqram hazırlamadan struktur islahatlarına getməsi lağ obyektinə çevrilib.  Müxalifətçi deputat Z.Bostancyan yeni təyin olunan nazirləri küçə uşaqları adlandırdı. Hakim koalisiyanın üzvü S.Sərkisyanı baş nazir şousunu dayandırmağı tələb etdi. Səbəb baş nazirin  hökumətdə bəsit oğurluğu dayandırmağı nazirlərdən tələb etməsi oldu. Yəni, K.Karapetyana görə erməni nazirlər bu vaxtadək bəsit oğurluqla məşğul olublar. Bu fikri deyən adam ya səviyyəsizdir ya da hakimiyyəti cəmiyyətin gözündən salmaq niyyətindədir.

Keçmiş baş nazir indi deputat K.Baqratyan proqram olmadan struktur islahatlarına gedənləri qeyri-ciddi adamlar adlandırdı. Beləliklə, K.Karapetyanın baş nazir təyin olunması Ermənistan cəmiyyətinə “İsgəndər”in Azərbaycan cəmiyyətinə yaratdığı təhlükədən daha böyük təhlükədir. Bir az da aydın desək Rusiyadan Ermənistana 2 “İsgəndər” gətirilib. OTRK “İsgəndər” Azərbaycan üçün nəzərdə tutulub. K.Karapetyan adlı İsgəndər isə Ermənistan cəmiyyəti üçün nəzərdə tutulub.

“İsgəndər” raketinin ermənilər tərəfindən Rusiyadan alınıb Ermənistana gətirilməsi, Rusiya vətəndaşı Mironovun ABŞ-ın diktəsi ilə Ermənistanda həbs olunub məcburən buraxılmasından sonraya təsadüf edir. Bizcə bu təsadüfü deyil. ABŞ Ermənistanda Rusiyanı cəzalandırmaq istəyirdi. S.Mironovun tutulmasının əsas səbəbi də bu idi. Amma bu əməliyyatı axıradək reallaşdıra bilmədi. Rusiya öz vətəndaşını geri ala bildi. Məhz bundan sonra ABŞ ermənilərə Rusiyanı daha təsirli cəzalandırmaq və ya ələ salmaq göstərişini verdi. Nəticədə ermənilər “İsgəndər”i alaraq Rusiyanın ən böyük sirrlərindən birini ABŞ-a vermiş oldu. O səbəbdən də ABŞ Dövlət Katibi C.Kerri Dağlıq Qarabağ tənzimlənməsi üçün şəraitin yetişməməsi bəyanatını verdi. O açıq-aşkar Ermənistanın maraqlarına xidmət edir. Kerri başa düşür ki, Moskvadakı ermənilər Kremlin siyasətinə təsir etməkdə hələ də çox güclüdürlər və ermənilər bundan sonra da ABŞ-a lazım olacaqlar. Ona görə o Qarabağ məsələsində dövlət katibi statusunda açıq-aşkar ermənipərəst bəyanat verdi. Hər halda SSRİ-nin dağılması prosesindən sonra ermənilərin ABŞ-ın daha bir testinə məruz qalacağı gözlənilən idi.

Ermənistanla Gürcüstanın münasibətlərində aktivlik müsbət fonda başlasa da ehtimal ki, neqativ fona çevrilib

Baş nazir Q.Kvirikaşvili Ermənistana səfər etdi. Səfərə xüsusi hazırlaşmışdı. Ermənistandan əvvəl Azərbaycana səfər etdi. Eləcə də Abxaziya separatçılarının Dağlıq Qarabağda S.Sərkisyanla görüşünü sanki inkar etdi. Yerevana çatan kimi ilk addım olaraq “erməni soyqırımına” baş çəkməyi səfər proqramına saldı. Bu xüsusi hazırlıq iki məqsəd üçün edilə bilərdi. Q.Kvirikaşvili seçki kampaniyası dövründə Gürcüstandakı azərbaycanlıların və ermənilərin səsini qazanmaq üçün Azərbaycana və Ermənistana səfər edir. Eləcə də Q.Kvirikaşvili Dağlıq Qarabağ tənzimlənməsində vasitəçilik etmək niyyətinə düşə bilərdi. Bir ay əvvəl E.Nalbandyan Gürcüstanda olarkən rəsmilərə Dağlıq Qarabağ tənzimlənməsindəki vəziyyəti elə təqdim etdi ki, guya yaxınlarda bu münaqişə tənzimlənir. E.Nalbandyanın belə qısa müddətli yalana getməkdə məqsədi Gürcüstan hökumətini aldatmaqla İranla Ermənistan arasında razılaşdırılmış qaz tranziti layihəsinə qoşmaqla bağlı sənədi imzalatdırmaq idi. Görünür Q.Kvirikaşvili bu yalanın təsiri altında hərəkət etdi. Eləcə də Q.Kvirikaşvili Ermənistanı NATO-nun Gürcüstandakı təşəbbüslərinə qoşmaq niyyətində də ola bilərdi. Q.Kvirikaşvili Abxaziya separatçılarının Dağlıq Qarabağda S.Sərkisyanla görüşünü təkzib edərkən Ermənistanın həmişə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Bu ağ yalan idi. Amma görünür Q.Kvirikaşvili bu yalana getməyə məcbur idi. Çünki özü üçün böyük məqsəd müəyyənləşdiribmiş. Q.Kvirikaşvili Yerevanda “erməni soyqırımı” abidəsinə baş çəkdi. Sonra o zaman kı, baş nazir O.Abramyanla görüşdü. İki ölkə arasında iqtisadi münasibətləri hərtərəfli müzakirə etdilər. Birgə layihələr reallaşdırmaq, birgə müəssisələr yaratmaq məsələsi xüsusi müzakirə edildi. Sonra Q.Kvirikaşvili prezident S.Sərkisyanla görüşdü. S.Sərkisyan Gürcüstan Ermənistan münasibətləri haqqında ənənəvi ritorikanı davam etdirdi. Q.Kvirikaşvili Gürcüstana qayıtdıqdan sonra baş verənlər bu iki dövlətin münasibətlərində gərginliyin olduğunu nümayiş etdirir. Hər iki ölkənin Xİ nazirləri müxtəlif beynəlxalq tədbirlərdə iki dəfə görüşüblər. Yayılan məlumatlar məzmununa görə əvvəlkindən fərqlənir. Ermənistanın dövlət bayramlarını həmişə Gürcüstanın prezidenti ilə yanaşı baş naziri də təbrik edib. Bu ilki müstəqillik günündə baş nazir təbrik göndərmədi. Ermənistanın təhsil nazirinin Gürcüstana səfərdə məqsədi Cavaxetiya regionunda və Tbilisidəki erməni məktəblərində erməni dilində təhsilin  keyfiyyətinin, dərsliklərlə təchizatının vəziyyətini yaxşılaşdırmağın müzakirəsi idi. Amma yerli ermənilər rəsmi Tbilisinin erməni məktəblərini gürcüləşdirdikləri barədə məlumatlar və hesabatlar yaydılar.

Gürcüstandakı erməni təşkilatları ermənilərə heç bir partiyaya səs verməməklə bağlı müraciət etdilər. Guya Gürcüstandakı hakimiyyətlər yalnız sosial-iqtisadi problemləri həll ediblər. Ermənilərin dil, milli-mədəni inkişafları ilə bağlı heç bir iş görülməyib. NATO-nun Cənubi Qafqaz üzrə ofisinin başçısı U.Lahyu Yerevanda keçirilən “Gələcəyin təhdidləri: NATO Uelsdən Varşavayadək və sonra” adlı konfransda Ermənistanı NATO-nun Gürcüstandakı tədbirlərində iştirak etməyə çağırdı. Ermənistandan Gürcüstana 2016-cı ilin 1-ci yarısında 24 milyon 702 min kub metr qaz ixrac olunub. Qazın ümumi məbləği 6,1 milyon dollardır. Gürcüstan yenidən Q.Saqanelidzeni Ermənistana səfir təyin etdi. Səfir etimadnaməsini təqdim etdikdən sonra müdafiə naziri S.Ohanyanla görüşdü.

1news.az

Paylaş:
684

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər