Lisenziyası ləğv edilmiş 3 bank üzrə qorunmayan əmanətlərin də ödənişinə başlanacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Lisenziyası ləğv edilmiş 3 bank üzrə qorunmayan əmanətlərin də ödənişinə başlanacaq

11:12 - 04 / 10 / 2016
Lisenziyası ləğv edilmiş 3 bank üzrə qorunmayan əmanətlərin də ödənişinə başlanacaq

Sığorta hadisəsi baş vermiş 9 bankdan 3 bank üzrə “Parabank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Dekabank” ASC-nin qorunan əmanətçilərinin böyük əksəriyyətinə kompensasiyalar ödənilib və bu əmanətlər üzrə kompensasiyaların ödənişi artıq tamamlanmaq üzrədir.

1news.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən verilən xəbərə görə, yaxın zamanlarda ləğvetmə prosesində olan sözügedən 3 bankın qorunmayan əmanətləri üzrə ödənişlərin başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 30 sentyabr 2016-cı il tarixinə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32,675,532 manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1,705,056 manat, “Dekabank” ASC-nin 2,772,350 manat kompensasiya ödənilib.

Sözügedən 3 bank üzrə ümumilikdə 37,152,938 manat kompensasiya ödənilib.

Mövzu ilə əlaqədar oxuyun:       

ADIF lisenziyası ləğv edilən 4 banka borclu olan müştərilərə müraciət edib

Azərbaycanda daha dörd bankın lisenziyası ləğv olunub - YENİLƏNİB

Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bankların əmlakını satışa çıxarır

1news.az

Paylaş:
786

Son xəbərlər

Bütün xəbərlər