Açıq Hökumət Dialoq Platforması hökumətə təkliflər verəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Açıq Hökumət Dialoq Platforması hökumətə təkliflər verəcək

11:21 - 04 / 10 / 2016
Açıq Hökumət Dialoq Platforması hökumətə təkliflər verəcək

Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib. QHT-lərin üzləşdikləri problemlərin müzakirəsinə həsr olunan toplantıda Platforma üzvü olmayan QHT-lər və beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri də iştirak ediblər.

1news.az-ın verdiyi məlumata əsasən, toplantı iştirakçılarını açıq müzakirələrə dəvət edən platformanın koordinatoru Əliməmməd Nuriyev qeyd edib ki, tədbirin təşkilində əsas məqsəd mövcud problemlər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılması və hökumətə müvafiq təkliflərin hazırlanıb verilməsidir.

Nuriyev bildirib ki, hökumət QHT-lərin üzləşdirkləri problemlərin müzakirəsinə açıqdır və Platformadan konkret təkliflər gözləyir. Platforma koordinatoru əlavə edib ki, 2014-cü ilin sonunda və 2015-ci ildə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi praktikada problemlər yaradıb və vətəndaş cəmiyyətinin səmərli fəaliyyətinə nail olunması üçün “yol xərtiəsi” hazırlanması çox vacidbir. Bu “yol xəritəsi”nin əsasını isə məhz QHT-lərin təklifləri təşkil etməlidir.

Ə.Nuriyevin sözlərinə görə, vəziyyətin yaxşılaşdırılması üçün bütün maraqlı tərəflərin təşəbbüslərinə ehtiyac var. O, qeyd edib ki, toplantıda dövlət qurumlarını Azərbaycan Respublikasının Prezdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının iki nümayəndəsi – Fərasət Qurbanov və Sahib Məmmədov təmsil edir: “Xatırladım ki, Platformada 10 dövlət qurumunun, parlamentin nümayəndələri təmsil olunur. Bugünkü tədbirin formatı elə seçilib ki, məhz QHT-lər öz fikirlərini bölüşsünlər. Bundan sonra isə növbəti toplantılarda dövlət qurumlarının iştirakı ilə müzakirələr aparılacaq”.

Müzakirələr zamanı QHT-lərin üzləşdikləri müxtəlif problemlər qaldırılıb, onların həlli yolları, normativ-hüquqi bazada dəyişiklikləri nəzərdə tutan təkliflər irəli sürülüb. Ümumilikdə, müzakirələr zamanı 27 QHT nümayəndəsi çıxış edərək, bu və ya digər məsələlərlə bağlı rəylərini bölüşüblər.

Toplantının sonunda QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov səslənən təkliflərə münasibət bildirib və öz fikirlərini bölüşüb. O qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası bu məsələlərin həlli ilə bağlı mütəmadi olaraq QHT-lər və dövlət orqanları ilə müzakirələr aparır, təkliflərini verir: "Şura bu istiqamətdə təşəbbüslərə dəstək verməyə hazırdır. Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaranması isə bu istiqamətdə yeni imkanlar yaradıb".

Müzakirələri yekunlaşdıran Ə.Nuriyev sualları cavablandırıb və qeyd edib ki, Platforma peşəkarlar, ixtisaslaşmış QHT-lər üçün açıqdır. Platformada Azərbaycan vətəndaş cəmiyyətinin bütün spektrini əhatə edən aparıcı QHT-lər təmsil olunub.

Onun sözlərinə görə, toplantıda səslənmiş fikirlərin hamısı qeydə alınıb və sistemləşdirilərək, Platforma adından hökumətə təqdim ediləcək. Eyni zamanda təkliflərin, konkret məsələlərin dövlət qurumları ilə birgə peşəkar müzakirəsi üçün İşçi Qrup yaradılması təklifi də müzakirə ediləcək.

Ə.Nuriyev Platformanın məqsədi, fəaliyyəti, prinsipləri ilə bağlı bəyanat layihəsini müzakirəyə təqdim edib. Platforma üzvlərinin təklifləri nəzərə alınmaqla Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının Bəyanatı qəbul olunub.

Bəyanatda qeyd olunur ki, Platformada birləşən QHT-lər Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünün Azərbaycanda tətbiqinə ictimai nəzarətin gücləndirilməsinin vacib olduğunu bəyan edir və Platformaya Hökumətlə davamlı və səmərəli dialoq imkanı kimi baxır: “Hesab edirik ki, ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə dair hüquqi mühitin təkmilləşdirilməsinə və bu qurumların fəaliyyəti üzrə praktiki çətinliklərin aradan qaldırılmasına, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına, habelə idarəetmədə ictimai iştirakçılığın və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə Platforma çərçivəsində hökumətlə uğurlu nəticələrə nail ola biləcəyik.

Bu Platforma üzrə səmərəli və pozitiv dialoq prosesində mandatları çərçivəsində ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar və diplomatik missiyaların iştirakına ümid edirik.

Bir daha bəyan edirik ki, Platformaya üzvlük açıqdır və onun fəaliyyəti demokratik prinsiplərə əsaslanır. Platforma, onu məqsədləri və fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edən bütün yerli və xarici (beynəlxalq) təşkilatlarla əməkdaşlığa hazırdır”.

1news.az

Paylaş:
591

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər