Bu il qeyri-neft sektorundan daxil olan vəsait açıqlandı
Bu ilin 9 ayında qeyri-neft sektorundan nəzərdə tutulmuşdan 64 mln. manat çox vəsait daxil olub.
1news.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə keçirilən mətbuat konfransı zamanı vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
İ. Vəliyevin sözlərinə görə, 2015-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə vergi daxilolmaları 365 milyon manat artaraq 4,9 milyard manat təşkil edib.
Ümumilikdə qeyri-neft sektoru üzrə vergi daxilolmaları 3 milyard 870 milyon manat təşkil edib
Fərid Ədalət
514