Şəkidə soyğunçuluq edən “polislər” tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə soyğunçuluq edən “polislər” tutuldu

17:26 - 06 / 10 / 2016
Şəkidə soyğunçuluq edən “polislər” tutuldu

Özlərini polis əməkdaşları kimi təqdim edərək soyğunçuluq edən şəxslər saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, oktyabrın 4-də Şəki rayonunun Aşağı Göynük kəndində rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus “VAZ-21099” markalı avtomobili aparıblar.  

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfayel Qoçayev tutulub, digər şəxs isə müəyyən edilib.

Avtomobil sahibinə qaytarılıb.

Araşdırmalar zamanı cari il sentyabrın 14-də H.Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə 2015-ci ilin iyul ayında H.Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.  
Şəki ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1news.az

 

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər