Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi və uşaq evlərində olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi və uşaq evlərində olub – FOTO

09:15 - 06 / 10 / 2016
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi və uşaq evlərində olub – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xəzər rayonu Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub. Leyla Əliyeva burada uşaqların reabilitasiyası, asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış şəraitlə tanış olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Fondun vitse-prezidenti sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, söhbət edib, onlarla birgə vaxt keçirib.

Burada uşaqlar üçün hazırlanmış əyləncə proqramı təqdim edilib, həmçinin onlara Heydər Əliyev Fondunun hədiyyələri verilib.

Leyla Əliyeva daha sonra Nəsimi rayon 1 saylı körpələr evi və Nizami rayonunda yerləşən 1 saylı uşaq evində olub.

Körpələr və uşaq evlərində tərbiyə alan uşaqlar asudə vaxtlarında onlar üçün tərtib olunmuş müxtəlif əyləncələrdə iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondu sağlamlıq imkanları məhdud, həmçinin valideyn himayəsindən məhrum olan uşaqları daim diqqət mərkəzində saxlayır, onların hansı qayğıya, mənəvi dəstəyə ehtiyacı olması ilə maraqlanır, təlim-tərbiyələri, asudə vaxtlarının təşkilində iştirak edir.

1news.az

 

Paylaş:
672

Son xəbərlər

Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24
Bütün xəbərlər