14 yaşlı caninin qətlə yetirdiyi uşağı super qəhrəmanlar dəfn etdilər – VİDEO | 1news.az | Xəbərlər
Dünya

14 yaşlı caninin qətlə yetirdiyi uşağı super qəhrəmanlar dəfn etdilər – VİDEO

10:53 - 06 / 10 / 2016
14 yaşlı caninin qətlə yetirdiyi uşağı super qəhrəmanlar dəfn etdilər – VİDEO

Cənubi Karolinada 14 yaşlı yeniyetmə tərəfindən yaralanaraq dünyasını dəyişən 6 yaşlı Ceykob Hollun dəfn mərasiminə komiks super qəhrəmanlarının kostyumlarını geymiş insanlar gəliblər.

1news.az-ın “EuroNews”a istinadən verdiyi məlumatına əsasən, Ceykob uşaq meydançasında oynayarkən ayağından yaralanmışdı.

Xəstəxanaya çatdırılmasına baxmayaraq uşağın vəziyyəti pisləşib və həkimlər onun həyatını xilas edə bilməyiblər.

Ceykobun dəfninə 1500-dən çox insan qatılıb.

Mərasimdə iştirak edənlər Supermen və Betmen kostyumlarında olublar.

1news.az

 

Paylaş:
3594

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər