Azərbaycan gəncləri xüsusi təqaüdlə təltif ediliblər | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan gəncləri xüsusi təqaüdlə təltif ediliblər

23:15 - 06 / 10 / 2016
Azərbaycan gəncləri xüsusi təqaüdlə təltif ediliblər

Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraqqərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Hüseynova Fidan Yaqub qızı – Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Məmmədov Əli Zaur oğlu – ABŞ, Nyu-York Manhetten Musiqi Məktəbinin tələbəsi

Məsimov Nicat Rafiq oğlu – Azərbaycan Milli Konservatoriyasının tələbəsi”.

1news.az

Paylaş:
701

Son xəbərlər

Bütün xəbərlər