Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

1news Redaksiyası15:51 - Bu gün
Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Kamran İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi ilə əlaqədar Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilsin.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər