43 min borcu olan Abşeron sakini özünü yandırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

43 min borcu olan Abşeron sakini özünü yandırdı

15:05 - 07 / 10 / 2016
43 min borcu olan Abşeron sakini özünü yandırdı

Xeyli miqdarda borcu olan Abşeron sakini özünü yandıraraq intihar etməyə cəhd edib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, oktyabrın 6-da saat 17:00 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində Sumqayıt ŞPİ DYPŞ-nin inzibati binasının yaxınlığında Abşeron rayonunun Pirəkəşkül qəsəbə sakini Cəmil Məmmədov intihar məqsədilə benzinlə özünü yandırıb.

Qol və sinə nahiyəsindən yanıq xəsarətləri almış C.Məmmədov  xəstəxanaya yerləşdirilib. 

İlkin araşdırmalar zamanı C.Məmmədovun sürücülük vəsiqəsinin olmaması, idarə etdiyi “NAZ Lifan” markalı avtomobilində görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlığın quraşdırılması və barəsində tərtib olunmuş 463 ədəd elektron protokola əsasən 43.000 manat məbləğində cəriməsinin olması müəyyən edilib, avtomobil bu səbəbdən Sumqayıt ŞPİ DYPŞ-nin müvəqqəti duracağına yerləşdirilib.

1news.az

 

Paylaş:
646

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35
Bütün xəbərlər