Rasim Musabəyov: Ermənistandan Bakını “İsgəndər”lə vurmaq mümkün deyil | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: Ermənistandan Bakını “İsgəndər”lə vurmaq mümkün deyil

17:22 - 07 / 10 / 2016
Rasim Musabəyov: Ermənistandan Bakını “İsgəndər”lə vurmaq mümkün deyil

“İsgəndər” operativ-taktiki raket komplekslərinin (OTRK) Ermənistana məxsus olub-olmaması məsələsi, hələ də qeyri-müəyyən olaraq qalır.

Rusiyanın hərbi məmurları bununla bağlı susqunluğunu qoruyub saxlayır. Eləcə də Rusiyanın İrəvandakı səfiri Valınkin bildirib ki, yaxın günlərdə keçirilən paradda nümayiş etdirilən silahlar Ermənistan ordusuna məxsusdur, lakin “İsgəndər”lərin satışı (verilməsi) faktını təsdiqləməyib.

Əgər bu raketlər təchiz olunsa belə, Ermənistan onlardan müstəqil istifadə etmək imkanına malik deyil. Kosmik rəhbərlik sistemi, atəş açılan raketlərin doldurululması, heyətin hazırlığı olmadan yalnız “İsgəndər” divizionunun olması az effektlidir və qorxuducu potensiala malik deyil. Aydındır ki, “İsgəndər”lərin uçuş istiqamətləri ilə bağlı proqramlar və tətbiqlər Rusiyanın əlindədir.

Bütün hallarda Moskvadan bir çox sualları soruşmağa imkanımız var. Belə ki, Rusiya Azərbaycanın strateji əməkdaşı mövqeyindədir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçidir.

Axı uzaqmənzilli hədəflərə istiqamətlənmiş bu cür təxribatçı silahının çatdırılması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əksi olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunun çıxarılmasını istəməyən erməni dairələrini gücləndirir.

Ehtimal edək ki, “İsgəndər” OTRK Erməsitana Suriya sərhədində Su-24 qırıcılarının vurulmasından Rusiya-Türkiyə münasibətlərinin pisləşməsindən sonra yerləşdirilib. Hazırda Moskva ilə Ankaranın münasibətlərinin normallaşdırlmasından sonra Türkiyə sərhədinə yaxın “İsgəndər”lərin yerləşdirilməsi nəinki Ərdoğan hökumətini, eləcə də NATO, ABŞ üçün də adekvat reaksiya göstərməsinə səbəb ola bilər.

“İsgəndər” OTRK Erməsitana verilməsi bu silahın əldə edilməsini maskalayır, eyni zamanda erməni müttəfiqlərin antirusiya ovqatının zəiflədir. 

Həmişəki kimi Moskva Azərbaycanın Ermənistana “İsgəndər”lərin verilməsilə bağlı narazılığını yalan vədlər və bunu yeni silah təchizatı ilə təzmin etməklə azaltmağa çalışacaq. Düşünmürəm ki, bu, qəbulediləndir.

“İsgəndər” OTRK Ermənistana verilməsi ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığı tamamilə qırmasa da, kəmiyyət baxımından bunu azaldacaq. Bizim üçün yaxşı olar ki, Ukrayna, Türkiyə və Pakistanla şəxsi raket proqramımızı inkişaf etdirək. İsrailin “dəmir dəbilqə” və silahın digər texniki sistemləri ilə bağlı danışıqların predmetini məqsədli olaraq başlamaq lazımdır.

Qeyri-nüvə təchizatlı “İsgəndər” raketləri Ermənistanın xeyrinə hərbi balansı dəyişmir, eləcə də tərəfərin potensialını bərabərləşdirmir. Belə ki, bu, həm kəmiyyət, həm də keyfiyyət baxımından müasir silahlarla təchiz edilmiş Azərbaycanın xeyrinədir.

Ermənistandan Bakını “İsgəndər”lə vurmaq mümkün deyil. Belə ki, Azərbaycanın “Smerç”, “Qasırğa” raket sistemləri və “Toçka-U” raketləri ilə düşmənin istənilən əraizisini, eləcə də İrəvana da zərbələr endirmək mümkündür.

Dağlıq Qarabağda “İsgəndər” raketlərinin quraşdırılması və oradan Bakıya zərbə endirilməsi məsələsi  olduqca təxribatçıdır ki, bunu erməni forpostuna nəzarət edən Moskva da imkan verməz. Beləliklə, Ermənistanda olan “İsgəndər” OTRK daha çox psixoloji təsir üçün hesablanıb.

Həyat Azərbaycana bir çox şeyləri öyrədib. Allaha şükür biz, qorxaqlardan deyilik.

Mövzu ilə əlaqədar oxuyun:       

Rasim Musabəyov: “İsgəndər”lərin Ermənistana satılması Azərbaycana qarşı hərbi-siyasi təzyiq üçün istiqamətlənmiş aksiyadır

 Rasim Musabəyov

Paylaş:
3436

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər