Gülşən Paşayeva: Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici amilləri müəyyənləşdirməlidir | 1news.az | Xəbərlər
Siyasət

Gülşən Paşayeva: Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici amilləri müəyyənləşdirməlidir

17:51 - 07 / 10 / 2016
Gülşən Paşayeva: Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici amilləri müəyyənləşdirməlidir

Aİ bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü, digər tərəfdən isə bölgənin (Dağlıq Qarabağın) öz müqəddəratını təyinetmə hüququnu tanıyır, bu isə separatçı hərəkatın əsas prinsipidir.

Bu haqda Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” xəbər portalında, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair “The major stumbling block of the Nagorno-Karabakh peace process” məqaləsi dərc olunub.

Məqalədə, ilk öncə münaqişənin tarixinə qısa nəzər salan müəllif, aprel ayında baş vermiş məlum qarşıdurmalardan bəhs edərək, 4 günlük müharibənin münaqişənin həllinə dair göstərilən vasitəçilik səylərini canlandırdığını, bu münaqişənin “Kiprləşdirilməsi” mifini tamamilə darmadağın etdiyini vurğulayır, münaqişədə vasitəçilərin hər iki tərəfin faydalana biləcəyi müvvəqəti razılıq əldə etmələrinin zəruri olduğunu diqqətə çatdırır.

Daha sonra müəllif qeyd edir ki, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasının ərazisi kimi tanınan, lakin hazırda separatçı rejimin nəzarətində olan Dağlıq Qarabağ bölgəsinin gələcək statusu danışıqlar prosesində hər hansı irəliləyişin əldə olunmasına ən başlıca maneədir. Avropa İttifaqının bu münaqişə ilə bağlı müəyyən dərəcədə neytrallığını saxladığını və təəssüf ki, ATƏT-in Minsk Qrupunun bugünədək əsasən nəticəsiz olmuş vasitəçilik səylərini dəstəklədiyi vurğulanır.

Müəllif Avropa İttifaqının Təhlükəsizlik məsələləri üzrə İnstitutunun aparıcı analitiki Nicu Popescuya istinadən qeyd edir ki, “öz neytrallığını saxlamaq cəhdlərində Avropa İttifaqı Dağlıq Qarabağa münasibətdə ‘bitərəf’ mövqeyini ‘şəxsiyyətin ikiləşməsi’ mövqeyinə dəyişib. Aİ bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü, digər tərəfdən isə bölgənin (Dağlıq Qarabağın) öz müqəddəratını təyinetmə hüququnu tanıyır, bu isə separatçı hərəkatın əsas prinsipidir”.

Müəəlif hesab edir ki, beynəlxalq aparıcı qüvvələrin bu cür yanaşması yanlış gözləntilər yaradır və münaqişənin həllində hər hansı irəliləyişin əldə olunmasına maneə törədir.

1news.az

Paylaş:
912

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər