Bakıda 3 otaqlı evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 3 otaqlı evdə yanğın olub

10:58 - 07 / 10 / 2016
Bakıda 3 otaqlı evdə yanğın olub

Bakıda yerləşən evlərin birində yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin müdaxiləsi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

 

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər