Rusiyalı ekspert: Suriyada terrorçulara qarşı mübarizə zəifləyərsə, müharibə Cənubi Qafqaza da keçə bilər
Təxminən yarım il öncə Moskva ilə Ankaranın münasibətlərinin gərginləşməsinə səbəb olan rus təyyarəsinin vurulmasından sonra bir çox ekspertlər proqnozlaşdırdılar ki, Suriya Türkiyə ilə Rusiya arasında müharibə meydanına çevriləcək.
Həmin dövrdə hərbi müdaxiləyə qədər müxtəlif narahatlıqlar yarandı. Daha sonra Rusiya və ABŞ prezidentləri “düşmən münasibətlərinin dayandırılması” ilə bağlı təşəbbüs göstərdi. Bununla belə Türkiyənin Yaxın Şərqdəki münaqişəyə müdaxilə etməsi nəticəsində Suriya xarici qüvvələrin qarşıdurma meydanına çevrildi. Son zamanlar Suriya münaqişəsinin yeni məqamları meydana çıxdı. Bu da yaxın zamanda münaqişənin nizamlanmasının imkanlarını azaldır.
Aydındır ki, aparıcı oyunçular – Türkiyə, Rusiya və ABŞ Suriya münaqişəsində öz maraqlarını irəli sürməyə çalışırlar. Lakin bir faktı da unutmaq olmaz ki, bu maraqların bir-birilə uzlaşmaması zamanı münaqişə digər regionlara da sirayət edə bilər.
Buna görə də Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri yalnız Moskva ilə Ankara arasında ikitərəfli münasibətlərin bəprasında deyil, həmçinin Suriya münaqişəsinin nizamlanamsında da ümumi fikirlər üçün vacibdir.
Xatırladaq ki, 9-13 oktyabr tarixlərində İstanbulda Beynəlxalq Enerji Konqresi keçiriləcək. Eyni zamanda həmin ərəfədə Rusiya-Türkiyə hökumətlərarası komissiyanın da iclası baş tutacaq. Rusiya KİV-inin yaydığı məlumata görə, oktaybrın 10-da Rusiya prezidenti Vladimir Putinin İstanbula səfəri, eləcə də türkiyəli həmkarı ilə görüşü nəzərdə tutulub.
Türkiyənin Suriya münqişəsindəki rolu, Putinin səfərindən sonra Moskva ilə Ankaranın münasibətlərində nə dəyişəcək, eləcə də Rusiya və Türkiyə prezidentlərinin görüşü Azərbaycana nə verəcək, bütün bu suallarla bağlı 1news.az-a müsahibəsində beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeniy Mixalyov bildirib.
“Rusiya prezidenti V.Putinin Ankaraya səfəri Rusiya ilə Türkiyənin mövqeyini bir sıra problemlər üzrə, həmçinin artıq ABŞ-ın əhəmiyyət daşımadığı dünya nizamı məsləsində də əsaslı dərəcədə birləşdirə bilər.
Zənnimcə, rus təyyarəsinin vurulmasından sonra Türkiyə ilə Rusiya münasibətlərinin normallaşması dünya terrorizmi ilə mübarizədə irimiqyaslı strateji hərbi müttəfiqə çevrilməsinə gətirib çıxaracaq. Türkiyə ABŞ-ın təşəbbüsü ilə Rusiya HHQ və NATO bloku arasında vasitəçi olmaq arzusunu dilə gətirib. Şübhə etmirəm ki, bu, Suriyda müharibənin sona çatması ilə bağlı ürəkdən deyilib.
Lakin düşünmürəm ki, Türkiyə amerikalılarla əməkdaşlığı bərpa etməyə inandıra biləcək. Görünür ABŞ-ın regionla bağlı digər məqsədləri var. Qarmaqarışıqlıq – Amerikanın xarici siyasətirndə adi məsələlərdən biridir. Lakin Rusiya ilə ABŞ arasında Türkiyənin hesabına müəyyən variantları yürütmək olar.
Belə ki, Türkiyənin ordusu NATO blokunda ikinci ən güclülərdən biridir. Ona görə də Türkiyənin maraqları ilə hesablaşmaq lazımdır”.
“Əgər Suriya münaqişəsində ilk əvvəllər Türkiyənin rolunu dünya ictimaiyyəti birmənalı və müsbət kimi qəbul edirdisə, son zamanlar isə bu sahədə əsaslı dəyişikliklər baş verib. Türkiyədə hərbi çevrilişin qarşısını uğurlu alındıqdan sonra Ərdoğan və onun hökuməti Suriyada terrorçularla mübarizədə əhəmiyyətli dərəcədə görünməyə başladı. Türkiyənin öz maraqları var.
Türk təhlükəsizlik qüvvələrinin Suriyanın şimalına girişi və burada terrorçu qruplara qarşı uğurlu əməliyyatları göstərdi ki, Türkiyə Suriyada sabitliyin bərpa edilməsində ciddi təşəbbüs göstərir”, - deyə ekspert bildirib.
Rusiyalı politoloqun fikrincə, Suriyada terrorçulara qarşı mübarizə zəifləyərsə, müharibə Cənubi Qafqaza da keçə bilər:
“Rusiya, Türkiyə və Azərbaycan vəziyyətin təhlükəsini çox yaxşı anlayır və İŞİD-in bu regionlara gəlib çıxmaması üçün səylərini əsirgəmir. Bunu isə ABŞ üçün söyləmək olmaz. Amerikalıların Suriya münaqişəsində dəqiq mövqelərinin olmaması yaxın zamanlarda bu ölkədə sülhün bərqərar olmasına imkanları artırır.
Əgər Türkiyə ilə Rusiya hərbi birliyə qoşularsa o zaman NATO-suz da İŞİD-i məhv edə bilərlər. Azərbaycan isə Türkiyə və Rusiyanın müttəfiqi olaraq maraqların irimiqyaslı yaxınlaşmasından istər iqtisadi, istərsə də siyasi planda mənfəətlər əldə edəcək”.
Politoloqun fikrincə, Türkiyə ilə Rusiyanın Dağlıq Qarabağ münaqişəsi üzrə qarşılıqlı təsiri işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılmasını tezləşdirə bilər.
1news.az