Balakəndə qonağın üstündən marixuana tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə qonağın üstündən marixuana tapıldı

17:04 - 21 / 10 / 2016
Balakəndə qonağın üstündən marixuana tapıldı

Narkotik maddələrin ticarəti ilə məşğul olan Balakən sakinləri iş başında yaxalanıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tülü kənd sakini Ramiz Bayramov və Zaqatala rayon sakini Elnur Əzimzadə 195 qram marixuananı satarkən tutulublar.

R.Bayramovun evinə baxış zamanı isə oradan  əlavə olaraq 11 kiloqram 650 qram marixuana, habelə evində olan həmkəndlisi Heybullah Qaraçayevdən 6,178 qram marixuana da aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
1053

Son xəbərlər

Bütün xəbərlər