Prezident Ağstafada məktəb təmirinə 3 milyon manat ayırdı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Ağstafada məktəb təmirinə 3 milyon manat ayırdı

18:10 - 21 / 10 / 2016
Prezident Ağstafada məktəb təmirinə 3 milyon manat ayırdı

Prezident İlham Əliyev Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az prezident.az-a istinadən xəbər verir ki, 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

1news.az

Paylaş:
802

Son xəbərlər

Bütün xəbərlər