Bakıda gecə klubunda 3 kişi 1 qadını döydü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gecə klubunda 3 kişi 1 qadını döydü

18:21 - 23 / 10 / 2016
Bakıda gecə klubunda 3 kişi 1 qadını döydü

Bakının mərkəzində yerləşən gecə klublarından birində xuliqanlıq hadisəsi baş verib.

1news.az-ın lent.az-a istinadən məlumatına görə, paytaxt sakini, 1984-cü il təvəllüdlü Məhəmmədova Aynurə Əsgər qızı DİN-nin 102 xidmətinə zəng edərək məlumat verib ki, oktyabrın 20-də gecə saat saat 04:30-da Rəşid Behbudov küçəsi  8 ünvanında yerləşən gecə klubunda tanımadığı 3 nəfər şəxs tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
520

Son xəbərlər

Bütün xəbərlər