Zərdabda dəhşətli cinayət: ər üçüncü arvadının başını kəsdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərdabda dəhşətli cinayət: ər üçüncü arvadının başını kəsdi

12:49 - 23 / 10 / 2016
Zərdabda dəhşətli cinayət: ər üçüncü arvadının başını kəsdi

Zərdab rayonunda ər arvadını qətlə yetirib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Yarməmmədbağı kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.

Məlumata görə, şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. A. Astanov R. Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər