Gənc müğənni: Ən böyük nailiyyət insanların sevgisini qazanmaqdır | 1news.az | Xəbərlər
Mədəniyyət

Gənc müğənni: Ən böyük nailiyyət insanların sevgisini qazanmaqdır

16:32 - 25 / 10 / 2016
Gənc müğənni: Ən böyük nailiyyət insanların sevgisini qazanmaqdır

“Səs Azərbaycan” televiziya mahnı müsabiqəsinin qalibi Emiliya müğənnilik sənətində özünü təsdiq etməkdə iddialıdır. O, bir ifaçı kimi daim öz üzərində çalışır, ən böyük arzusuna çatmaq – tamaşaçıların sevgisini qazanmaq yolunda inamla addımlayır.


- Emiliya, müğənni olmağı uşaqlıqdan arzulamısınız?

- Musiqiyə həvəsim kiçik yaşlarımdan var idi. Anamın istəyilə 7 il musiqi məktəbində fortepiano üzrə təhsil aldım. Daha sonra təhsilimi Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano şöbəsində davam etdirdim. Fortepiano ilə bərabər, həm məktəbin, həm də kollecin xorunda çıxış edirdim.

- Müğənnilik çətin bir sənətdir, müsbət və mənfi tərəfləri var. Ailəniz bu qərarınıza qarşı çıxmadı?

- Əslində, müğənniliklə sonradan məşğul olmağa başladım. Musiqi Kollecində təhsil aldığım illərdə tələbə yoldaşlarımızla tez-tez bir yerə toplaşıb çalıb-oxuyurduq. Bir dəfə mənim oxumağımı eşidəndə dedilər ki, gözəl səsin var. Məsləhət gördülər ki, Vaqif Gərayzadənin yanına gedim, səsimi yoxlasın. Lakin o zaman nə ailəm, nə də mən buna hazır deyildik. Ancaq məndə bu həvəsi görəndən sonra razılaşdılar və az tanınan musiqi qrupları ilə çalışmağa başladım. 2011-ci ildə "Eurovision" mahnı müsabiqəsinin seçim turlarına qatıldım. Nailiyyət əldə edə bilməsəm də, orada əməkdar artist Rəşad Haşımovla tanış olduq. 4 ildən artıq müddətdə onunla "Rast" qrupunun nəzdində fəaliyyət göstərən "Həzz bənd" qrupunda çalışdım, konsertlərdə çıxış etdik, qastrol səfərlərində olduq. Sonra solo karyeraya başlamaq qərarına gəldim. Elə bu ərəfələrdə tanınmış prodüser Nigar Hacızadə ilə tanış olduq. Belə qərara gəldik ki, "Səs Azərbaycan" müsabiqəsinə qatılım. Bu addımım çox müvəffəqiyyətli oldu.

- "Səs Azərbaycan"da qazandığınız uğur sizi digər beynəlxalq müsabiqələrdə iştirak etməyə həvəsləndirdi?

- Əlbəttə ki, həvəsləndirdi. "Eurovision" kimi irimiqyaslı müsabiqələrdə iştirak etmək arzumdur. Hər şey mənim öz üzərimdə çalışmağımdan asılıdır. Ölkəmizi hər hansı bir beynəlxalq müsabiqədə təmsil etmək üçün təklif gəlsə, böyük məmnuniyyətlə qəbul edərəm.

- Səhnədəki və həyatdakı Emiliya arasında hansı fərqlər var?

- Səhnə adamı fərqli obrazlarda olmalıdır. Ancaq hələ ki, səhnə obrazı ilə bağlı axtarışlardayıq. Hər dəfə komandamızla birgə yeni bir obraz üzərində çalışırıq. Səhnə arxasında çəkindiyim, utandığım məqamlar olur, ancaq səhnəyə çıxanda başqa insana çevrilirəm.

- Zülfiyyə Xanbabayevanın "Son görüş" mahnısını oxumaq ideyası necə yarandı?

- Zülfiyyə xanımı çox sevirəm və xoşbəxtəm ki, onunla, Nigar xanımla birlikdə çalışırıq. Zülfiyyə xanım hələ "Səs Azərbaycan" müsabiqəsi vaxtı mənə mahnı seçimində məsləhətlər verirdi. "Son görüş" mahnısını isə uşaq yaşlarımdan çox sevirdim. Nigar xanımdan təklif gələndə sevincimin həddi-hüdudu yox idi.

- Sizin üçün bu sənətdə ən yüksək hədəf hansıdır?

- Mənim üçün ən böyük nailiyyət insanların sevgisini qazanmaqdır. Əgər milyonların ürəyinə yol tapa bilsəm, bu arzuma çatmış olacam. Əsas odur ki, ifa zamanı tamaşaçılar sənin daxili aləmini duya bilsinlər. Mən qalma-qaldan uzağam. Qalmaqalla bir neçə gün gündəmdə qalmaq olar, ancaq nəticədə insanların gözündən düşərsən. Həyatında olan hər şeyin tamaşaçıların bilməsi düzgün deyil. Mənə elə gəlir ki, tamaşaçıların sevgisini qazanmaq üçün yalnız sənətinlə məşğul olmalısan.

Buro 24/7 Azerbaijan

Paylaş:
1072

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər