İlham Əliyev Avstriya Respublikası Milli Şurasının sədrini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Avstriya Respublikası Milli Şurasının sədrini təbrik edib

18:42 - 25 / 10 / 2016
İlham Əliyev Avstriya Respublikası Milli Şurasının sədrini təbrik edib

Prezident İlham Əliyev Avstriya Respublikası Milli Şurasının sədri xanım Doris Buresə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli xanım Sədr,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

1news.az

 

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər