Bakıda kütləvi dava: yaralılar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kütləvi dava: yaralılar var

11:04 - 25 / 10 / 2016
Bakıda kütləvi dava: yaralılar var

Bakının Səbail rayonu ərazisində kütləvi dava baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, Üzeyir Hacıbəyli küçəsi, 21 ünvanında Binanın həyətyanı sahəsində 4 nəfər arasında mübahisə düşüb.

Mübahisə sonradan davaya çevrilib. Dava zamanı soyuq silahdan da istifadə edilib. Nəticədə 1996-ci il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu üç bıçaq zərbəsi alıb. Ağır yaralanan V.Abdullayev təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

1news.az

Paylaş:
480

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər