Kapital Bank-ın yenilənmiş Bərdə filialı istifadəyə verildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank-ın yenilənmiş Bərdə filialı istifadəyə verildi

12:00 - 25 / 10 / 2016
Kapital Bank-ın yenilənmiş Bərdə filialı istifadəyə verildi

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Bərdə filialının yenilənmiş ofisini istifadəyə verdi.

Yeni konsepsiya əsasında təmir edilən filial Bərdə şəhəri, M. Rəsulzadə küçəsi, 11 ünvanında yerləşir. Artıq Bərdə şəhəri və ətraf qəsəbələrin sakinləri yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən Bərdə filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari il ərzində 3 şəhər (Şuşa, 28 May və Binəqədi) və 5 region (Şabran, Lerik, Qax, Qəbələ və Bərdə) filialı yeni konsepsiyaya uyğun əsaslı təmir olunub, yeni Gənclik Mall filialı açılıb. Bundan əlavə ilin sonunadək daha 3 şəhər və 3 region filialının yeni konsepsiyaya uyğun əsaslı təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilmiş və bu proses hazırda davam etməkdədir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Paylaş:
824

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər