Dünya bazarında Azərbaycan nefti ucuzlaşdı – YENİ QİYMƏT

Dünya bazarında Azərbaycan neftinin qiymətində ucuzlaşma qeydə alınıb.
1news.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,05 ABŞ dolları və ya 2,62 % azalaraq 113,45 ABŞ dollarına düşüb.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 105,19 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti isə 2,4 ABŞ dolları və ya 2,22 % ucuzlaşaraq 105,65 ABŞ dollarına enib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları götürülüb.
"Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də qeydə alınıb. Həmin vaxt bir barel neft 15,81 ABŞ dollarına satılıb. Bu markanın tarixi maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.










