Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

13:25 - 27 / 10 / 2016
Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabr ayının 28-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-13, Bakıda gecə     6-8, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət  85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 28-də  səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

1news.az

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər