Bakıda 4 qaraj və “Mercedes” yanaraq kül oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 4 qaraj və “Mercedes” yanaraq kül oldu

09:17 - 27 / 10 / 2016
Bakıda 4 qaraj və “Mercedes” yanaraq kül oldu

Bakıda yerləşən 4 qaraj və qarajların birində saxlanılan avtomobil yanıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, paytaxtın Xətai rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 60 m², dəmir və taxta konstruksiyalardan ibarət olan bir-birinə bitişik 4 ədəd qarajın və içərisində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər bitişik ev və qaraj yanğından mühafizə olunub.

1news.az

 

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər