Sabirabadda 2 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda 2 otaqlı ev yanıb

12:23 - 27 / 10 / 2016
Sabirabadda 2 otaqlı ev yanıb

Sabirabad rayonunda evlərdən birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, adıçəkilən rayonun Güdəcühür kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

1news.az

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər