Mənzil alan zaman önəm verməli olduğunuz 6 əsas cəhət | 1news.az | Xəbərlər
Cəmiyyət

Mənzil alan zaman önəm verməli olduğunuz 6 əsas cəhət

12:30 - 27 / 10 / 2016
Mənzil alan zaman önəm verməli olduğunuz 6 əsas cəhət

Tikinti sektoru ən sərt rəqabət gedən sahələrdən biridir. Əslində güclü rəqabətin nəticəsində sonda qalib gələn tərəf müştəri olur.

Təsadüfi deyil ki, son illərdə tikilən evlərin keyfiyyəti qat-qat artıb, müxtəlif konsepsiyalı layihələr bazara çıxıb. Tikinti şirkətləri biri-birindən cəlbedici şərtlər təklif etdiyindən, potensial alıcı üçün seçim etmək xeyli çətinləşib. Ayda cəmi 250-350 AZN-dən başlayan, ilkin ödənişsiz, 20-illik ipoteka, faizsiz kredit kimi təkliflər şübhəsiz ki, hər kəs üçün maraqlıdır.

“AS Group İnvestment” Şirkətlər qrupu nəzdində strateji araşdırmalar mərkəzi bu təkliflərin alıcı üçün nə qədər sərfəli olduğunu araşdırıb və mənzil alan zaman önəm verməli olduğunuz 6 əsas cəhəti müəyyən edib.

1. Aylıq ödənişi 250 – 350 AZN olan mənzillər.

İlk olaraq deyək ki, aylıq ödənişi 250-350 AZN civarında olan mənzilin sahəsi ən yaxşı halda 27 m²-dir. Nisbətən böyük, məsələn sahəsi 50 m² təşkil edən mənzillərin ilkin ödənişsiz 20 illik ipoteka ilə aylıq ödənişi təqribən 800 manatdan başlayır.

2. İlkin ödənişsiz 20 illik ipoteka.

Bunu da bilmək lazımdır ki, ilkin ödənişsiz mənzillər tikintisi yenicə başlayan layihələrdə təklif olunur. Bu mənzillərin təhvil verilmə müddətinə də diqqət yetirmək çox önəmlidir. Bakı şəhərində ilkin ödənişsiz təklif olunan əksər layihələr 1-2 ildən sonra təhvil veriləcək. Ümumiyyətlə, ilkin ödənişsiz təklifi maliyyə baxımından nə qədər sərfəlidir? Axı ilkin ödənişi müştəri mütləq ödəyəcək, sadəcə o bunu daha yüksək faizlə edəcək.

3. Tikintinin mərhələli və ya kompleks şəklində təhvil verilməsi.

Çox vacib məqam tikinti işlərinin kompleks şəklində həyata keçirilməsidir. Məsələn, bəzi layihələrdə tikilən binalarla yanaşı olaraq, yeni binaların tikintisinə də start veriləcək. Deməli, artıq tikintisi başa çatan binaların sakinlərini tikinti işləri hələ uzun müddət narahat edəcək.

4. Mərtəbədə qonşu sayı.

İlkin ödənişsiz təklif olunan əksər layihələrdə bir mərtəbədə 8-10 mənzil var. İlk baxışdan bir o qədər də önəm kəsb etməyən bu detal, sonradan özünü büruzə verəcək. Birincisi, səhər saatlarında, hamı işə gedən zaman lift çox yüklənəcək. Digər tərəfdən, əksər layihələrdə 1 və 2-otaqlı mənzillərin xüsusi çəkisi çox yüksəkdir. Beləliklə, bu mənzillərin gələcəkdə kirayə verilmə ehtimalı çox yüksəkdir. Kirayədə yaşayanlar isə binanın daimi sakinləri deyil, onları bina üçün əhəmiyyət kəsb edən fəaliyyətə cəlb etmək müşkül məsələdir.  

5. Parkinq yerinin və istirahət zolağının mövcudluğu.

Gələcəkdə avtomobiliniz üçün yer axtarışlarına çıxmamaq üçün kompleksdə parkinq yerinin olmasına əmin olun. Həyətyanı sahə, yaşıllıq ilk baxışdan zəruri görsənməsə də, müasir meqapolislərdə çox önəmlidir. Bakıda tikilən kifayət qədər layihə var ki, həyətyanı sahəsi ya çox kiçikdir, ya da ümumiyyətlə yoxdur. Bu zaman tikinti şirkəti mümkün dərəcədə kiçik ərazidə, mümkün dərəcədə çox mənzil tikməklə qazancını artırmaq istəyir, sakinlər yenə də uduzan tərəf olur.

6. Binanın fasadı.

Çoxlarımız cəmi bir neçə il bundan əvvəl təhvil verilən, amma fasadında artıq qüsurlar görsənən binalarla rastlaşıb. Belə qüsurlara hətta bir neçə ay bundan əvvəl təhvil verilən binalar da rast gəlinir. Bu yalnız gözə görsənən qüsurlardır... İlk baxışdan nəzərə çarpmayan qüsurların sayı görəsən nə qədərdir? Bu cür sualların cavabını yalnız alıcının özü, tikintinin keyfiyyəti haqqında dərindən maraqlanmaqla tapa bilər.

Əlbəttə ki, 100% ödəniş böyük maliyyə vəsaiti tələb edir. 20 illik ipoteka isə sizi uzun müddətli maliyyə öhdəliklərinə bağlayacaq. Beləliklə, mənzil alan zaman diqqətli olun ki, sonda udan tərəf olasınız.

Mənbə: http://www.asgroup.az/press/lang,az/

Reklam hüququnda

Paylaş:
510

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər