Xarici ölkələrin hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin hissəsində olublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarici ölkələrin hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin hissəsində olublar

19:05 - 28 / 10 / 2016
Xarici ölkələrin hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin hissəsində olublar

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün oktyabrın 28-də Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

1news.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonaqlara hərbi hissə barədə brifinq verilib və onların sualları cavablandırılıb.

15 dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatlarının nümayəndələri hərbi hissənin məşğələ otaqları, yataqxana binaları, əsgər yeməkxanası, təlim nöqtələri və obyektləri ilə tanış olublar. Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib.

1news.az

 

Paylaş:
929

Son xəbərlər

Bütün xəbərlər