Bakıda gənc qız özünü maşının altına atıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gənc qız özünü maşının altına atıb

21:11 - 28 / 10 / 2016
Bakıda gənc qız özünü maşının altına atıb

Bakı şəhərində 24 yaşlı qız intihara cəhd edib.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, ev 83 ünvanında qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Aytəkin Fərhadova özü öldürmək məqsədilə Mətləb Eminbəylinin idarə etdiyi "Daewo" markalı avtomobilin altına atıb. Nəticədə avtomobilin güzgüsünə dəyərək kəllə-beyin travması alan yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
880

Son xəbərlər

Bütün xəbərlər