Hərbi Dəniz Qüvvələrində döyüş hazırlığının yüksəldilməsi ilə bağlı seminar keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi Dəniz Qüvvələrində döyüş hazırlığının yüksəldilməsi ilə bağlı seminar keçirilib

12:02 - 28 / 10 / 2016
Hərbi Dəniz Qüvvələrində döyüş hazırlığının yüksəldilməsi ilə bağlı seminar keçirilib

Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının, hərbi intizamın və qoşun xidmətinin yüksəldilməsi istiqamətində komandir-rəis heyətinin iştirakı ilə seminar keçirilib.

1news.az-ın məlumatına görə, “Mənəvi-psixoloji hazırlıq işinin təşkili, hərbi intizamın möhkəmləndirilməsi və qoşun xidmətinin təkmilləşdirilməsi üzrə komandirlərin, qərargah rəislərinin və şəxsi heyətlə iş üzrə komandir müavinlərinin iş sisteminin Azərbaycan Respublikası Silahlı Qüvvələrində tətbiqi” mövzusunda keçirilən seminarda HDQ komandanının şəxsi heyətlə iş üzrə müavini, 1-ci dərəcəli kapitan Natiq Bağırov bu istiqamətdə şəxsi heyətin üzərinə düşən vəzifə və tapşırıqları diqqətə çatdırıb.

Sonra seminar iştirakçılarına kateqoriya üzrə komandir-rəis heyətinin iş sistemi ilə bağlı ətraflı məlumat verilib.

1news.az

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər