Büdcənin bir hissəsi vergi cərimələri hesabına formalaşacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Büdcənin bir hissəsi vergi cərimələri hesabına formalaşacaq

16:04 - 29 / 10 / 2016
Büdcənin bir hissəsi vergi cərimələri hesabına formalaşacaq

2017-ci ilin dövlət büdcəsində vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə sanksiyalarından daxilolmalar 90 mln. manat həcmində proqnozlaşdırılıb.

1news.az 2017-ci ilin dövlət və icmal büdcə layihələrinə istinadən xəbər verir ki, bu istiqamətdə daxilolmaların cəmi büdcə gəlirlərində xüsusi çəkisi 0,56% təşkil edib.

Büdcə layihəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri 100 mln. manat nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15,955 mlrd.manat, xərcləri 16,6 mlrd. manat proqnozlaşdırılır.

1news.az

Paylaş:
654

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər