Zığ dairəsində hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Zığ dairəsində hərəkət məhdudlaşdırılacaq

18:09 - 29 / 10 / 2016
Zığ dairəsində hərəkət məhdudlaşdırılacaq

Zığ-Hövsan yolunun tikintisi işləri çərçivəsində Zığ dairəsində yenidənqurma işləri həyata keçirilir.

1news.az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, bu səbəbdən oktyabrın 31-i səhər saat 10:00-dan etibarən bir-neçə gün müddətində dairədə hərəkət məhdudlaşdırılacaq.

Sürücülər Zığ qəsəbəsinə daxil olmaq üçün alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edə bilərlər.

Hövsan qəsəbəsi istiqamətinə və əksinə gediş-gəlişdə isə hər hansı bir məhdudiyyət olmayacaq.

1news.az

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər