Braziliya Milli Konqresinin Deputatlar palatasının sədri Azərbaycana səfərə gəlib
Braziliya Milli Konqresinin Deputatlar palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, nümayəndə heyətini hava limanında Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov qarşılayıb.
Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın dövlət və hökumət rəsmiləri görüşlər keçirməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu, R.Mayanın Milli Konqresin Deputatlar palatasının sədri seçildikdən ilk xarici səfəridir.
Səfər noyabrın 2-də başa çatacaq.
1news.az
666