Qəbələdə ər 3 uşaq anası olan arvadını boğaraq öldürdü
Qəbələ rayonunda qətl hadisəsi baş verib.
1news.az APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Kürd kəndində qeydə alınıb.
Kənd sakini 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.
Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1news.az
564