Bərdədə bir ailənin 14-cü övladı doğulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə bir ailənin 14-cü övladı doğulub - FOTO

15:36 - 31 / 10 / 2016
Bərdədə bir ailənin 14-cü övladı doğulub - FOTO

Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib.

1news.az APA-ya istinadən xəbər verir ki, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öncə doğulsa da, ailə bunu mətbuatdan gizli saxlayıb.

Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib:

“13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum-əqrəbanın, dost-tanışın yanında utandırdılar”.

Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.

Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.

1news.az

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər