Bakıda qadın 10 min manatlıq oğurluq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın 10 min manatlıq oğurluq etdi

15:48 - 31 / 10 / 2016
Bakıda qadın 10 min manatlıq oğurluq etdi

Yasamal rayonunda oğurluq hadisəsi olub.

1news.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 29-da Yasamal rayonu ərazisində yaşayan Vüqar Mustafayevin evindən naməlum şəraitdə 10 min manat dəyərində qızıl, gümüş və məişət əşyaları oğurlanıb.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Bəsti Nəcəfova tutulub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər