Yol tikintisinə 7,1 milyon manat ayrıldı | 1news.az | Xəbərlər
Rəsmi

Yol tikintisinə 7,1 milyon manat ayrıldı

18:49 - 31 / 10 / 2016
Yol tikintisinə 7,1 milyon manat ayrıldı

Prezident İlham Əliyev Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, sərəncama əsasən 28 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Cəndəhar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 7,1 milyon (yeddi milyon bir yüz min) manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1news.az

Paylaş:
569

Son xəbərlər

Bütün xəbərlər