Elmar Məmmədyarov: “Münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri əsas istinad mənbəyi olmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “Münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri əsas istinad mənbəyi olmalıdır”

19:10 - 31 / 10 / 2016
Elmar Məmmədyarov: “Münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri əsas istinad mənbəyi olmalıdır”

Beynəlxalq problemlərin və münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri əsas istinad mənbəyi olmalıdır.

1news.az-ın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Misirin "MENA" informasiya agentliyinə müsahibəsində deyib.

Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesi barədə ətraflı danışan E. Məmmədyarov Ermənistanın işğalçılıq siyasəti, qeyri-konstruktiv mövqeyi barədə məlumat verib, son aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlardan söz açıb.

Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladan nazir bu qətnamələrin hələ də icra edilmədiyini, işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşdüyünü bildirib.

1news.az

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər