Bu gün məhərrəm ayı başa çatır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün məhərrəm ayı başa çatır

11:06 - 31 / 10 / 2016
Bu gün məhərrəm ayı başa çatır

Bu gün hicri-qəməri təqvimi ilə məhərrəm ayının sonuncu günüdür.

1news.az xəbər verir ki, sabahdan bu təqvimin ikinci, yəni səfər ayı başlayır.

Səfər ayı islam tarixində mühüm hadisələrlə yadda qalıb.

Səfər ayının bu şəkildə adlandırılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Nəql edilən tarixi faktlara görə, ərəblər cahiliyyət dövründə 4 ayda - zil-hiccə, zil-qədə, rəcəb və məhərrəm aylarında döyüşlərə fasilə verərdilər. Amma məhərrəm ayı bitdikdən sonra onlar azad olmuş və özlərini boşalmış kimi hiss etdiklərinə görə sözügedən ayı səfər, yəni “sıfır” adlandırırdılar.

Cahiliyyət dövrü ərəblərinin fikirlərinin tam əksinə olaraq Həzrət Peyğəmbər (s) bu ayda daha çox sədəqə, yəni yoxsullara əl tutmağı tövsiyə edirdi:

“Bu ayda sən qardaşınla üzləşəndə gülərüz olsan, bu sənin üçün sədəqə sayılar. Bu ayda kimisə pis işdən çəkindirib, yaxşı işlərə sövq edə bilsən, bu da sədəqədir. Azmışlara yol göstərmək, yol təmizləmək də sədəqə sayılır”.

1news.az

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər