Bakıda 26 yaşlı qız özünü binadan atıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 26 yaşlı qız özünü binadan atıb

11:23 - 31 / 10 / 2016
Bakıda 26 yaşlı qız özünü binadan atıb

Bakıda intihara cəhd olub.

1news.az xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Şimal Dress adlanan ərazidə qeydə alınıb.

Orada yaşayan 1990-cı il təvəllüdlü Humay Əlimərdanova yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

H. Əlimərdanovanın intihara cəhd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər