Azərbaycanlı deputat Parisdəki seminarda iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı deputat Parisdəki seminarda iştirak edib

12:13 - 31 / 10 / 2016
Azərbaycanlı deputat Parisdəki seminarda iştirak edib

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın sədrliyi ilə Parisdə qurumun Uşaq və gənclərin hüquqlarının sosial, qanuni və iqtisadi müdafiəsinə həsr edilmiş iclas keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, iclasda Avropa Sosial Hüquqlar Komitəsinin üzvü Eliane Çemlanın “Avropa Sosial hüquqlar komitəsinin qərarlarına baxış” adlı məruzəsi dinlənilib.

Deputatlar və dəvət olunmuş ekspertlər fikir mübadiləsi aparacaq və milli səviyyələrdə uşaqların müdafiəsinə dair tövsiyələr hazırlayıblar.

Müzakirələrdən sonra Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyeva seminarın nəticələri ilə bağlı fikrini bildirib.

1news.az

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər