Bakının bir neçə rayonu üzrə səyyar qəbul keçiriləcək
Noyabrın 4-də paytaxtın Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə səyyar qəbul keçiriləcək.
1news.az-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, tədbir Sabunçu rayonundakı 252 nömrəli tam orta məktəbdə saat 10:00-da başlanacaq.
Qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparmaq məqsədilə təşkil edilir.
Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
1news.az