Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir – FOTO

11:45 - 01 / 11 / 2016
Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir – FOTO

Noyabrın 1-də Bakıda, Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Forumda Azərbaycanın və Rusiyanın dövlət və hökumət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edirlər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

Sonra Rusiya Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov tərəfindən Prezident Vladimir Putinin məktubu oxunub.

Forum çərçivəsində plenar iclas, sənaye, turizm, aqrar, humanitar sahələr üzrə “dəyirmi masa”lar və Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

Forumda bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.

1news.az

Paylaş:
781

Son xəbərlər

Bütün xəbərlər