Əli Həsənov: VII Azərbaycan-Rusiya Regionlararası Forumunun təşkili iki ölkənin maraqlarına uyğundur | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: VII Azərbaycan-Rusiya Regionlararası Forumunun təşkili iki ölkənin maraqlarına uyğundur

12:19 - 01 / 11 / 2016
Əli Həsənov: VII Azərbaycan-Rusiya Regionlararası Forumunun təşkili iki ölkənin maraqlarına uyğundur

Bu gün təşkil edilən VII Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə münasibətlərinin inkişafı üçün mühüm meydandır.

Bu haqda bu gün jurnalistlərə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov forum çərçivəsində bildirib.

Onun sözlərinə görə, hər il Azərbaycan-Rusiya regionlararası foruma 500-dək nümayəndə qatılır:

“Bu foruma Rusiya əyalətlərindən, mərkəzi hökumətdən 250-dən çox nümayəndə qatılıb. İki ölkə münasibətlərinin geniş spektri, o cümlədən iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, humanitar sahədəki əlaqələr müzakirə olunacaq. Ötən forumdan bu vaxtadək görülən işlərlə bağlı hesabat yönümlü çıxışlar olacaq, qarşıdan gələn illər üçün təkliflər müzakirə ediləcək”.

Əli Həsənov qeyd edib ki, bu forum beynəlxalq və regional münasibətlərin hazırki vəziyyətində çox aktualdır:

“Forum iki ölkənin xalqlarının maraqlarına xidmət edir. Rusiya-Azərbaycan əlaqələri gündən-günə inkişaf edir. Bu əlaqələrin inkişafı iki ölkə prezidentinin diqqət mərkəzindədir”.

Xatırladaq ki, Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb.

Forum çərçivəsində Azərbaycanla Rusiya arasında regionlararası məsələlər, infrastruktur layihələrinin perspektivləri, regionlararası iqtisadi və maliyyə əməkdaşlığı, eləcə də iki ölkə arasında strateji əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bundan əlavə, forum çərçivəsində müxtəlif dəyirmi masalar təşkil ediləcək.

Qeyd edək ki, VI forum Yekaterinburqda keçirilmişdi.

1news.az

Paylaş:
730

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər