Azərbaycanda ən çox yağıntı düşən bölgələrin adı açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 1-i gündüzdən ayın 2-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 01-i gündüzdən 02-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar ağıb.
Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında və Naxçıvan MR-da: 1-11, Böyük Qafqazda: 1-15, Qazax-Gəncə zonasında: 2-29, Mərkəzi-Aran rayonlarında: 2-13, Kiçik Qafqazda: 28-44, Bakıda və Abşeron yarımadasında: 1-9 mm olub.
Qar örtüyünün hündürlüyü aşağıdakı kimi olub:
Kirəndə (Tovuz) 55, Qaraqollarda (Daşkəsən) 52, Alaxançallıda (Daşkəsən) 30, Gədəbəydə 42, Qalakənd (Gədəbəy), Daşkəsəndə 40, Sarıbaşda 30, Zəyəmçayda (Tovuz) 17, Xınalıqda 14, Göygöldə 8, Çaykənddə 2, Qubanın dağlıq ərazilərində: Ləzədə 20, Xınalıqda 18, Altıağacda 4, Xaltanda 2, Qonaqkənd, Nohurdüz, Susayda 6, Rükdə 8 sm təşkil edib.
Külək: Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.
1news.az