Bakıda saxta pulları satmaq istəyən şəxs iş başında tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda saxta pulları satmaq istəyən şəxs iş başında tutulub

13:34 - 02 / 11 / 2016
Bakıda saxta pulları satmaq istəyən şəxs iş başında tutulub

Paytaxtda saxta pulların dövriyyəyə buraxılmasının qarşısı alınıb.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Astara rayon sakini Gündüz Əliyev Yasamal rayonu ərazisində 198 ədəd (9900 manat) 50 manatlıq saxta əskinasları 2000 manata satmaq istəyib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Əliyev iş başında tutulub.

1news.az

Paylaş:
863

Son xəbərlər

Bütün xəbərlər