Unibank Mobile-dan iPhone 6S-i kim qazandı? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank Mobile-dan iPhone 6S-i kim qazandı?

14:00 - 02 / 11 / 2016
Unibank Mobile-dan iPhone 6S-i kim qazandı?

Unibank öz müştərilərini sevindirməkdə davam edir.

Bankın mobil əlavəsindən istifadə edən müştərilər iPhone 6S və digər qiymətli hədiyyələr qazanıblar. Unibank-ın “Unibank Mobile ilə qazanın” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında seçilib.

İki hissəli lotereyada Unibank Mobile-la 12 iyul-12 oktyabr tarixləri arasında əməliyyat edən müştərilərdən 24 nəfər qalib seçilib. Qaliblərdən ikisi Unibank-dan İphone 6S hədiyyə qazanıblar. Daha iki müştəri lotereyanın şərtlərinə əsasən, Bose Dinamik Bluetooth sahibi olub. Lotereya müddətində Unibank Mobile-la əməliyyatlar edən 20 qalib isə 50 və 100 AZN balanslı ALBUKART debet kartı qazanıblar. 

Unibank Mobile istifadəçiləri üçün hazırda daha bir kampaniya keçirir. Kampaniya müddətində Unibank Mobile-la aparılan “hesabdan-karta”, “kartdan-hesaba” və “kartdan-karta” əməliyyatlarına komissiya haqlarında 20% endirim edilir.  

Unibank Mobile hansı imkanları yaradır?

- Bütün hesablarınıza onlayn şəkildə nəzarət etmək;

- Telefonunuzun kitabçasında qeydiyyatda olan dostlarınıza siyahıdan rahat şəkildə köçürmə etmək;

- Unibank-dakı bir kart və ya hesabınızdan digər kart və ya hesabınıza pul köçürməsi, kartın bloklanması və blokdan açılması - bunlar hamısı bir kliklə mümkündür;

- Olduğunuz yerdən kommunal, internet, kabel TV, kredit - istədiyiniz ödənişi həyata keçirin;

- Aylıq ödənişlərinizi sistemə avtomatik ödənişlər siyahisina daxil edin və bu ödənişlər təyin etdiyiniz vaxtda avtomatik keçirilsin;

- Unibank Mobile əlavəsi sizə həmçinin depozit və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətlərinizlə bağlı bütün məlumatları banka gəlmədən əldə edə bilərsiniz. 

Siz Unibank Mobile-ın köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta məzənnələrindən, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz.

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz smartfonunuza Unibank-ın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf   yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile  – asan, sürətli və təhlükəsiz!

Unibank – hər kəsin bankı!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın (1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Paylaş:
599

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər