SOCAR bu il həyata keçirilmiş qazma işlərinin həcmini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR bu il həyata keçirilmiş qazma işlərinin həcmini açıqlayıb

23:14 - 02 / 11 / 2016
SOCAR bu il həyata keçirilmiş qazma işlərinin həcmini açıqlayıb

Cari ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7074 metr qazma işi həyata keçirilib.

1news.az-ın məlumatına görə, bu sahədə görülmüş işlərin 6469 metri istismara, 605 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93657 metr qazma işi görülüb ki, bunun da 90987 metri istismara, 2670 metri isə kəşfiyyata aid olub. 

Bundan əlavə, oktyabr ayı ərzində qazmadan alınmış 6, ilin əvvəlindən isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

1news.az

 

Paylaş:
904

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər